Əraqçi: Təhdidlər davam edərsə, yekun Saziş üzrə danışıqlar başlamayacaq
07 İyul 2026
Təhdidlər davam edərsə, İran ABŞ-la yekun Saziş üzrə danışıqlara başlamayacaq.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X hesabındakı yazıb.
“Anlaşma Memorandumunun 13-cü bəndi aydındır: Təhdidlər davam edərsə, yekun Saziş üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin”, - deyə İran xarici siyasət idarəsinin başçısı paylaşımında qeyd edib.