Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əməkdar jurnalist Nurani vəfat edib

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib.

Bu barədə “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.

O bildirib ki, vida mərasimi bu gün 12:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Nuraninin nəşi 13:00-da "Yasamal" qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Nurani 1992-ci ildən fəaliyyətə başlayaraq "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.