DYP polisin "Saxla" əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib
22 Oktyabr 2021
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi polisin “Saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.
İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır:
“Bu cür hallar daha sonra polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması hallarına gətirib çıxarır. Bu vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir”.
“Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisədən qoruyur”, - o vurğulayıb.(Report)