Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyada münaqişələr nəticəsində məcburi köçkünlərin sayı 48 milyon nəfərə çatıb ki, bu da rekord göstəricidir.

Bunu çərşənbə günü BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Ximenez-Damari beynəlxalq təşkilatın Baş Assambleyasının Üçüncü Komitəsində çıxışı zamanı deyib.

“Silahlı münaqişə və zorakılıq nəticəsində öz yerlərindən didərgin düşmüş insanların sayı dünyada indiyə qədər qeydə alınan ən yüksək göstərici olmaqla 48 milyon nəfərə çatıb”, - o deyib.

BMT rəsmisi əlavə edib ki, getdikcə mürəkkəbləşən silahlı münaqişə və geniş yayılmış zorakılıq şəraitində beynəlxalq humanitar hüquq və insan hüquqlarına riayət olunmasını təmin etmək getdikcə çətinləşir.

Ximenez-Damarinin sözlərinə görə, münaqişə vəziyyətləri və qlobal zorakılıq əhalinin yerdəyişməsi 2020-ci ildən başlayaraq pandemiyaya səbəb olan təbii fəlakətlərlə də kəskinləşə bilər.(Report)