DÇ-2026: Belçika ABŞ millisini məğlub edərək 1/4 finala keçib
07 İyul 2026
Futbol üzrə dünya çempionatında Belçika ABŞ-ni məğlub edib.
Sietl stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 4:1 hesablı qələbə qazanıblar.
Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.
1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.