Logo
news content
User
Kateqoriyalar

Xəbər

Boksçularımız dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Mundialın üçüncü günündə rinqə çıxan təmsilçilərimizin hər ikisi qələbə qazanıb.

Boksçumuz Alfonso Dominqes (86 kq) AIBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə qüvvəsini sınayıb. Qarşılaşma Avropa Oyunlarının qalibinin asan qələbəsi ilə yekunlaşıb. “Tokio-2020”nin də mükafatçısı olan A.Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti görüşünü rumıniyalı Pol Aradoae ilə keçirəcək.

 

Tayfur Əliyev (60 kq) otuzikidəbir final mərhələsi çərçivəsində Çarles Petit-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 29-da olacaq.

Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.