Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir tərəfdən sökürlər, o biri tərəfdən tikirlər - Buzovnada nə baş verir? - VİDEO

Buzovna qəsəbəsinin sahilləri və xüsusilə də zəbt edilən Buzovna qayaları sözün əsl mənasında azadlığına qovuşur. Artıq qayalıqlarda tikilən bəzi qanunsuz obyektlər sökülüb. Buzovna qəsəbəsi sakinləri sevinir, amma onları hələ də üzən başqa səbəb var. Sakinlər iddia edirlər ki, bir tərəfdə bu obyektlər sökülsə də, yaxınlıqda olan digər tərəfdə tikinti işləri aparılır.

hazırda ölkə başçısının tapşırığına uyğun olaraq, bütün ölkə üzrə, o cümlədən Abşeron yarımadasında sahilboyu ərazilərdə qanunsuz zəbtetmə halları araşdırılır. Qanunsuzluqlar müəyyən edilən kimi adekvat addımlar atılır.

Sakinlər iddia edirlər ki, söküntü işlərinin aparılmasına baxmayaraq, həmin ərazidə dəniz kənarında başqa obyektlərin tikintisi davam edir.

İddialarla bağlı tikilməkdə olan yaşayış komleksinin rəsmisi İqbal Həsənov bildirib ki, həmin yerdə villaların tikintisi 13 hektarlıq ərazidə aparılır və ərazi rəsmi olaraq onların mülkiyyətindədir. O, insanların çimərliyə buraxılmaması iddialarına da münasibət bildirərək deyib ki, bu məsələdə problem yoxdur, şəxsi mülkiyyət olduğuna görə içəri icazə ilə daxil olmaq mümkündür.

O ki qaldı işlərin gecə saatlarında aparılmasına, İqbal Həsənov qeyd edib ki, may ayından başlayaraq sentyabr ayının ortalarına qədər ərazidə hər hansı tikinti işləri aparılmır. (Xəzər Xəbər)