Logo
news content
User
Kateqoriyalar

Xəbər

BƏƏ İrandan iki ballistik raketin buraxıldığını qeydə alıb

BƏƏ-nin hava hücumundan müdafiə sistemi İrandan buraxılmış iki ballistik raketi aşkar edib.

Bu barədə "Ynet" portalı BƏƏ Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hər iki raket suya düşüb, onlardan biri isə BƏƏ-nin ərazi sularına düşüb.

19:57

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İran arasında davam edən münaqişə fonunda ölkə sakinlərinə potensial raket təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə "The Times of Israel" qəzeti BƏƏ-nin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Mövcud vəziyyət və potensial raket təhlükəsi ilə əlaqədar dərhal ən yaxın qorunan binadakı təhlükəsiz yerə keçin", - məlumatda bildirilib.

Qəzet qeyd edib ki, bu, son bir neçə ay ərzində ilk belə xəbərdarlıqdır. Əvvəlki xəbərdarlıq iyun ayında verilib və yalançı həyəcan siqnalı idi, ondan əvvəlki raket təhlükəsi barədə son xəbərdarlıq isə may ayında daxil olub.