Barak Ravid: SEPAH Hörmüz boğazında gəmiləri raket atəşinə tutub
07 İyul 2026
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb.
Bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ rəsmilərindən biri mənə bildirib ki, SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb", - B. Ravid qeyd edib.
Onun sözlərinə görə, iki ticarət gəmisi vurulub və ciddi ziyan görüb: "Lakin tələfat yoxdur".