Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib

Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.

Meydan paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Taras Şevçenkonun abidəsinin yerləşdiyi ərazidir.

Qeyd edək ki, abidə 2008-ci ildə açılıb. Mərasimdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ukraynanın o zamankı prezidenti Viktor Yuşenko iştirak edib.

Ukraynalı heykəltaraş İqor Qreçanikin müəllifi olduğu 3,5 metr hündürlüyündəki abidə bürüncdəndir.