Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib .