Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda son bir ildə doğum 10 faizdən çox azalıb

Bu ilin 6 ayında Azərbaycanda doğumda, nikah və boşanmada azalma davam edib, ölüm isə artıb.
Dövlət Statistika Komitəsinin bu gün, avqustun 17-də yaydığı açıqlamaya görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 11099 nəfər və ya 0,1 faiz artaraq iyulun 1-də 10 milyon 273 min 450 nəfərə çatıb.
Amma son illərə xas olaraq doğuşda azlma davam edir.

Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 40 min 798 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşüb.Halbuki, 2025-ci ilin 6 ayında ölkədə 45 min 616 körpənin doğulduğu açıqlanmışdı.

Əvəzində isə ölümdə artım var.Hesabat dövründə ölkədə 30 min 625 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.Ötən ilin 6 ayında isə 29 min 400 ölüm halı qeydə alınmışdı.
Ölkədə evlənənlərin sayında da azalma var.

Azərbaycanda 6 ayda 19 min 224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövründə isə

24 min 815 nikah və 10 min 350 boşanma rəsmiləşdirilmişdi.

Son illər Azərbaycanda bir qayda olaraq doğumda azalma, ölümdə isə artım müşahidə edilir.
Statistik rəqəmlərin təhlili göstəriri ki, son 10 ildə Azərbaycanda doğumda azalma 50 faizə yaxındır.

Müstəqil ekspertlər bu prosesin müəyyən qədər qarşısının alınması üçün bir sıra təkliflərlə çıxış edirlər.Onlar hesab edirlər ki, hər şeydən əvvəl 2006-cı ildən ləğv edilən uşaqların aylıq müavinətinin verilməsi bərpa edilməli və çoxuşaqlı ana statusunda uşaq sayı 5-dən 3-ə endirilməlidir.

Hələlik, rəsmilər bu təkliflərə müsbət yanaşmırlar.