Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda bu il yanğınlarda 24 nəfər həlak olub, 104 nəfər xəsarət alıb



Bu il respublika ərazisində 1805 yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 104 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 8 nəfər və ya 25% az, xəsarət alanlar üzrə 4 nəfər və ya 4% çoxdur.