Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
16 Oktyabr 2026
2027-2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.
Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 24,1 % təşkil edəcək.