Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Prezidenti gələn ay Türkiyəyə səfər edəcək

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.