Logo
news content
User
Kateqoriyalar

Xəbər

AYNA: "Qırmızı Körpü" gömrük postunda növbədə 700 yük maşını var

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) avqustun 21-i, günün ikinci yarısı açıqlanan məlumata görə, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində yük nəqliyyat vasitələrinin uzun növbəsi davam edir.

Qurum Azərbaycanın dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayını açıqlayıb.

Həmin açıqlamaya görə, Gürcüstanla sərhəddə “Mazımqara” gömrük postunda növbədə olan yük nəqliyyat vasitələrinin sayı 7, “Qırmızı Körpü” gömrük postunda isə 700-dür.

Hələlik, bu məlumata Gürcüstanın cavabdeh rəsmi qurumlarından isə ayrılıqda münasibət almaq mümkün olmayıb.