Axtarışda olan şəxs damda yatarkən həbs edildi - VİDEO
19 Avqust 2026
İngiltərənin Salford şəhərində axtarışda olan şəxs damda yatarkən həbs edilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, qonşular polisə 37 yaşlı həmin şəxsin evlərin damlarından kirəmitləri aşağı atması ilə bağlı şikayət ünvanlayıblar. Hadisə yerinə polis, yanğınsöndürənlər və tibbi briqada göndərilib.
Paylaşılan görüntülərdə xüsusi təyinatlı polis qüvvəsinin həmin şəxsi damda yatarkən yaxaladığı əks olunub. Ələ keçirildiyini hiss edən şəxs polisə müqavimət göstərməyə çalışsa da, aşağı salınaraq həbs edilib. Hadisə zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.
Sonradan saxlanılan şəxsin axtarışda olduğu müəyyən edilib. O, ictimai narahatlıq yaratma, əmlaka ziyan vurma, ictimai asayişi pozma, soyğunçuluq və iki polis zabitinə hücum şübhəsi ilə həbs edilib.
Hadisənin görüntülərini təqdim edirik: