Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqı Şurası rəsmən Ermənistana ticarət güzəştlərini qəbul edib

Avropa İttifaqı Şurası Ermənistana müvəqqəti ticarət güzəştlərini rəsmi olaraq qəbul edib.

Bu barədə Aİ Şurası məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistan məhsullarının ixracatının 80%-nin Avropaya həyata keçirilməsini asanlaşdıracaq.

Qeyd olunub ki, Ermənistanın bir sıra məhsullarının, o cümlədən kənd təsərrüfatı mallarının Aİ ölkələrinə ixracı üçün gömrük vergisi ləğv olunur.

Müvəqqəti tədbirlərin iki il ərzində qüvvədə olacağı vurğulanıb.