Ankarada mədəndə uçqun - Ölən var, yaralananların sayı 19-a yüksəlib
22 Avqust 2026
Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində baş verən uçqun nəticəsində yaralananların sayı 19-a yüksəlib.
Bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir nəfər həlak olub. Məlumata görə, hadisəyə mədən sahəsində yerləşən tikililərdən birinin tavanın çökməsi səbəb olub. Tavanın çökməsi mədəndə uçqunun baş verməsi ilə nəticələnib.
"Hadisənin səbəbini müəyyən etmək üçün lazımi araşdırmalar həyata keçirilir", - məlumatda qeyd olunub.
20:14
Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir işçi ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.