Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
21 Avqust 2026
Çarter təyyarəsinin Alyaskanın qərbindəki uzaqmənzilli radiolokasiya stansiyasında qəzaya uğraması nəticəsində onun göyərtəsində olan səkkiz nəfər (iki pilot və altı sərnişin) həlak olub.
Bu barədə "Associated Press" Alyaska bölməsinin komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Robert Devisin açıqlamasına istinadən məlumat yayıb.
Radiolokasiya stansiyası Sakit okean regionu Hərbi Hava Qüvvələrinin Regional Dəstək Mərkəzinin idarəçiliyindədir. O, Alyaskanın hava məkanında və onun sərhədləri boyunca fəaliyyət göstərən təyyarələri izləyən uzaqmənzilli radiolokasiya stansiyaları şəbəkəsinin bir hissəsidir.
08:30
ABŞ-ın Alyaska ştatının qərbində göyərtəsində səkkiz nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
Bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) məlumat yayıb.
Qeyd olunub ki, təyyarədə iki pilot və altı sərnişin olub.
Məlumata əsasən, təyyarə Ankoric şəhərindən havaya qalxıb və Kap Nyuenhem ərazisində qəzaya uğrayıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Təyyarədə olan şəxslərin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.
Qəzanın səbəbləri və digər təfərrüatlar araşdırılır.