Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Al Jazeera": ABŞ və İran hələ ki danışıqlar aparmır

Hazırda ABŞ və İran arasında heç bir danışıqlar, yaxud müzakirələr aparılmır və planlaşdırılmır.

Bu barədə "Al Jazeera Arabic" telekanalı mənbəyə istinadən məlumat yayıb.

"Prezident Trampın bəyan etdiyi kimi, hazırda İranla heç bir danışıqlar, yaxud müzakirələr aparılmır və planlaşdırılmır", - mənbə bildirib.

Onun sözlərinə görə, İranın hərbi-dəniz blokadası əvvəlki kimi qüvvədədir, bununla belə Hörmüz boğazı açıqdır.

Xatırladaq ki, Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir ABŞ ilə danışıqların bərpası üçün İranda səfərdə olub və Tehran Hörmüz boğazı ilə bağlı şərtlərini ona təqdim edib.