Ağ Evdə həmin icazə olmadan işləyirmiş
21 Avqust 2026
ABŞ Prezidenti Donald Trampın yaxın köməkçisi Natali Harp bir ildən çox müddət ərzində Ağ Evdə məxfi məlumatlarla işləmək üçün tələb olunan standart təhlükəsizlik icazəsi olmadan fəaliyyət göstərib.
Bu haqda “MS Now” portalı məlumat yayıb.
Bildirilir ki, Harp sözügedən icazənin alınması üçün zəruri olan sənədləşmə prosesini gecikdirib.
Bu vəziyyət təhlükəsizlik əməkdaşları və ABŞ-nin Gizli Xidməti arasında narahatlıq doğurub və nəticədə Tramp məsələyə müdaxilə etməli olub.
Daha sonra Harp tələb olunan icazəni əldə edib.