ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək
13 Yanvar 2026
Vaşinqton administrasiyası ABŞ hakimiyyətinin icazəsi olmadan Venesueladan çıxan bütün tankerləri ələ keçirməyə davam edəcək.
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp çox açıq şəkildə bildirib ki, yalnız ABŞ-nin təsdiqini almış neft tankerləri Venesuelanı tərk edə biləcək.
"Biz dövlət mənsubiyyəti olmayan və ya ABŞ-dən ticarət aparmaq üçün icazə almayan gəmiləri ələ keçirməyə davam edəcəyik", – o vurğulayıb.