ABŞ və İran danışıqlarında yeni nailiyyətlər yoxdur
25 Avqust 2026
Qətərin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari ABŞ və İran danışıqlarında heç bir yeniliyin olmadığını bildirib.
Bu barədə "Ynet" portalı məlumat yayıb.
"Hazırda ABŞ və İran arasında danışıqlar məsələsində hər hansı yeni nailiyyət yoxdur", - o deyib.
Onun sözlərinə görə, Qətər müxtəlif böhranlara reaksiya vermək üçün region ölkələri ilə fəaliyyətlərin koordinasiyasını həyata keçirir.
"Biz İranın hər dəfə üçüncü tərəfin hücumuna məruz qaldığı zaman region ölkələrini eskalasiyaya cəlb etmək cəhdlərini rədd edirik. Fars körfəzi dövlətləri arasında müxtəlif eskalasiya ssenarilərinə reaksiya vermək üçün tam koordinasiya həyata keçirilir. Qətər Silahlı Qüvvələri istənilən hücumu dəf etməyə hazırdır. İran Hörmüz boğazını bağlayaraq, bununla da beynəlxalq hüquqla təsbit olunmuş gəmiçilik azadlığını pozub", - o bildirib.