Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb

Vaşinqton və Pekin Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra 30 milyard dollar məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılığa gəlib.

Bu barədə Çinin Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Qeyd olunub ki, iki ölkənin dövlət başçıları Çin-ABŞ ticarət-iqtisadi məsləhətləşmələri mexanizminin və hər iki ölkənin ticarət-iqtisadi komandalarının danışıqlarının nəticələrini müsbət qiymətləndirib.

Tərəflər Ticarət Şurası kimi mexanizmlərin yaradılması və inkişaf etdirilməsi, tariflərin 30 milyard dollar məbləğində qarşılıqlı azaldılması, həmçinin Kuala-Lumpurda keçirilmiş ticarət-iqtisadi məsləhətləşmələrin nəticələrinin qüvvədə qalmasının uzadılması barədə razılığa gəlib.

Fox News Ağ Evə istinadən bildirib ki, söhbət ABŞ-dan kənd təsərrüfatı məhsulları, balıq və dəniz məhsulları, emal olunmamış taxta, kosmetika və tibbi məhsulların ixracından, Çində istehsal olunan kiçik məişət texnikası, oyuncaqlar, bayram bəzəkləri və uşaq avtomobil oturacaqlarının idxalından gedir.