Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Prezidenti: Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarını ləğv edirik

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.

Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə Rusiya-Ukrayna münaqişəsi barədə danışarkən deyib.

O deyib ki, NATO Baş katibi, ABŞ dövlət katibi ilə də bunu müzakirə ediblər, Türkiyəyə qarşı bu sanksiyaların ləğvinin vaxtı çatıb:

"Biz dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bu, çox sadədir. Biz dostlarımızın embarqo və sanksiyalarla üzləşməsini istəmirik".