ABŞ-ın Əfqanıstandakı məğlubiyyəti yeni müharibələrə səbəb olacaq - Bəşər Əsəd
28 Oktyabr 2021
ABŞ-ın Əfqanıstan və İraqda məğlubiyyəti yeni müharibələrə səbəb olacaq.
Bunu Suriya prezidenti Bəşər Əsəd ölkə ordusunun yüksək komandanlığı və qərargahının kurslarını bitirmiş zabitlər qarşısında çıxış edərkən deyib.
Bəşər Əsəd qeyd edib ki, ölkəsi 2011-ci ildən bu günədək müharibədə on minlərlə itki verib, xeyli sayda insan yaralanıb.
Suriya prezidentinin sözlərinə görə, ordu xalqın inamı sayəsində güclü qalıb.
Bundan əvvəl ABŞ-ın minlərlə muzdlunu Suriya-İraq sərhədinə yerləşdirməsi barədə xəbərlər yayılıb.