Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da məcburi peyvənd əleyhinə yürüş keçirilib

Bir neçə yüz insan məcburi koronavirus peyvəndinə etiraz əlaməti olaraq Bruklin körpüsündən Nyu-York meriyasına yürüş edib.

TASS xəbər verir ki, peyvənd əleyhdarları günortadan sonra İst çayının sol sahilində toplanıb və Bruklin körpüsündən Manhettendə “City Hall” binasına qədər məsafəni qət ediblər.

Etirazçılar yolboyu məcburi peyvəndin yolverilməzliyi ilə bağlı şüarlar səsləndiriblər. Yürüşdə dövlət işində çalışanlar da çoxluq təşkil edib.

“Söhbət peyvəndin kömək edib-etməməsindən deyil, seçim hüququndan gedir. Azad insanın seçim etmək imkanı, öz hərəkətlərinin nəticələrini ölçmək bacarığı olmalıdır. ABŞ-da heç bir öhdəlik ola bilməz”, deyə iştirakçılardan biri açıqlamasında bildirib.

Qeyd edək ki, Nyu-Yorkda hələ sentyabr ayında ictimai yerləri ziyarət etmək üçün peyvənd sertifikatı tələb olunur. Oktyabrın 20-də meri Bill de Blazio peyvəndin bütün şəhər rəsmiləri, həmçinin, polis və yanğınsöndürənlər üçün məcburi olduğunu elan edib.

Əvvəlcə təhsil və tibb işçiləri üçün məcburi peyvənd tətbiq olunub. Oktyabrın 29-dək onlar ən azı ilk dozası ilə peyvənd olunmalıdırlar, əks halda işdən uzaqlaşdırılacaqlar. Dövlət işçilərinin əksəriyyəti bu tələblə razılaşsa da buna qarşı çıxanlar da olub.(APA)