Logo
news content
User
Kateqoriyalar

Analitika

“Zelenski Putinlə yalnız qələbədən sonra görüşəcək”
“Buna iki, yaxud üç həftə vaxt lazım gələ bilər”

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bəyan edib ki, Vladimir Zelenski Rusiya prezidenti Putinlə yalnız Ukrayna böyük döyüşlərdə qalib gələndən sonra görüşəcək. Bu barədə o, telemarafonda çıxışı zamanı danışıb.  

“Ardıcıllıq belə olacaq: Ukrayna artıq böyük döyüşlərə hazırdır, o bu döyüşlərdə, o cümlədən Donbasda qalib gəlməlidir, – müşavir bildirib. – O zaman Ukrayna danışıqlar üçün daha əlverişli mövqe qazanacaq və müəyyən şərtləri diqtə edə biləcək. Prezidentlərin görüşü bundan sonra baş tutacaq. Buna iki, yaxud üç həftə vaxt lazım gələ bilər”.

Podolyak hesab edir ki, Rusiya bəzi şeyləri hələ də başa düşməyib: Ukrayna ilə bərabər səviyyədə danışmaq lazımdır. Ancaq o əmindir ki, Kreml bunu tezliklə - “Donbasda döyüşlərin davam etdiyi bir-iki həftə ərzində anlayacaq”.

Ukrayna PA-nın müşaviri qələbənin olduqca baha başa gəldiyini, ölkəsinin hər gün insan itkilərinə və infrastruktur  dağıntılarına məruz qaldığını etiraf edir. Bununla belə, o, Rusiyanı imperiya xülyalarından azad etməyi daha vacib sayır və Ukraynanın bu vəzifənin öhdəsindən gələcək yeganə dövlət olduğunu deyir.

“Buna nə qədər zaman lazım olacağının artıq fərqi yoxdur. Biz Ukraynanın təhlükəsizliyinə çox güclü zəmanətlər almaq, Rusiya kimi dövlətlərin imperiya iştahı qarşısında sərhədlərimizi birdəfəlik bağlamaq üçün hər şeyi edəcəyik. Nə zaman bunu təmin etmək üçün əlimizdə dəqiq imkanlar olacaqsa, o zaman da prezident danışıqlara gedəcək”, - müşavir bildirib.

Podolyukun sözlərinə görə, Buçada, Kiyev vilayətində, Kramatorskda baş verənlərdən sonra Ukraynanın başqa yolu yoxdur: “İş elə yerə gəlib çatıb ki, biz Rusiya Federasiyası kimi adamyeyən rejimin varlığına son qoymalıyıq”.

Maraqlıdır ki, cəmi bir gün öncə prezident Zelenski özü danışıqlar imkanı barədə tamam fərqli fikirlər söyləmişdi. Alman nəşri Bild-ə müsahibəsində o bildirmişdi ki, “bu gün Ukraynaya Putinlə danışıqlar masası arxasında oturmaqdan savayı heç nə qalmır”, çünki “Rusiyada müharibəni başqa heç kim dayandıra bilməz. Savaşın nə vaxt bitəcəyi barədə qərarı yalnız o qəbul edir”.

Press Klub