Logo
news content
User
Kateqoriyalar

Analitika

Ukrayna Rusiya ilə diplomatik əlaqələr kəsdi

“Bu səhər tarixə düşdü. Rusiya ilə diplomatik əlaqələr kəsilib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Hər birimiz müstəqilliyimiz üçün çalışırq. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı. Rusiya xalqı seçim qarşısındadır. İstəyən müharibəyə etiraz edə bilər”, - o bildirib.

Ukrayna prezidenti əli silah tutan hər bir şəxsi orduya qoşulmağa çağırıb. O, düşmənin böyük itkilər verdiyini və verməkdə davam edəcəyini vurğulayıb: “Düşmənin qarşısı alınacaq”