Logo
news content
User
Kateqoriyalar

Analitika

Putin “Azovstal”a hücumu dayandırdı
Rusiya Mariupol əməliyyatının “uğur” adlandırır, amma şəhər hələ də tam nəzarət altında deyil

Mariupol şəhərinin "Azovstal" sənaye zonasına hücum etmək məqsədəuyğun deyil.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə deyib.

“Sənaye zonasına hücumu məqsədəuyğun saymıram. Əməliyyatı ləğv etmək əmri verirəm”, - deyə o Şoyquya söyləyib.

Putin əmrini Rusiya hərbçilərinin itkilərinin qarşısının alınması məqsədilə izah edib.

O, Mariupoldakı hərbi fəaliyyəti ordunun uğuru adlandırıb.

Rusiya lideri "Azovstal"dakı Ukrayna hərbçiləri təslim olacaqları təqdirdə, onların həyatına təminat veriləcəyini və ləyaqətlə davranılacağını söyləyib.

Qeyd edək ki, Mariupolun tam nəzarətə götürüldüyünü V. Putinə məruzə edən S. Şoyqu "Azovstal"da 2 mindən artıq ukraynalı döyüşçünün qaldığını, əməliyyatı tam başa çatdırmaq üçün 3-4 gün lazım olduğunu bildirib.