
Karantin rejimi ilə bağlı qərar: Nələr dəyişdi
Bəzi qərarlar ləğv olundu, bəziləri qüvvədə qaldı
05 Mart 2022
Azərbaycanda karantin rejimi yumşaldılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.
Qeyd edək ki, yeni qaydalara uyğun olaraq indiyə kimi qüvvədə olan bir çox məhdudiyyətlər aradan qaldırılıb:
- Şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti aradan qaldırılır.
- Azərbaycanda dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə verilir.
- 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti ləğv edilir.
- Restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır.
- Azərbaycanda bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə icazə verilir.
- Mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilir.
- İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə verilib.
- Dini ibadət yerlərində say məhdudiyyəti ləğv edilir.
- Azərbaycanda sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişə icazə verilir.
- Azərbaycanda masaj xidmətlərinin göstərilməsinə icazə verilir.
- Dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə veriləcək.
12. İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilir.
Eyni zamanda, arantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər qüvvədə saxlanılır.
Qərara əsasən, qapalı məkanlara girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və digər məhdudiyyətlər qüvvədə saxlanılır.
Qərar martın 6-dan qüvvəyə minəcək.