Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Ukrayna ordusunun Birləşmiş Qüvvələr komandanını dəyişdi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad edib.

Bu barədə Ukrayna lideri özünün teleqram kanalında videomüraciətində bildirib.

Məlumata görə, yeni komandan briqada generalı Andrey Qnatov təyin edilib.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, - Zelenski deyib.