Logo
news content
User
Kateqoriyalar

Xəbər

İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılır

Oktyabrın 27-dən etibarən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı layihənin həyata keçirilməsinə başlanır. 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən ("Monolit"in binasının qarşısında) Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulur.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələri yaradılacaq.

Əziz Əliyev (keçmiş Zevin) küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.

Nəqliyyatının hərəkətinin məhdudlaşdırılacağı bu ərazidə piyada zonası yaradılması planlaşdırılır. Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.