İranda 12 güneyli milli fəala 88 il həbs cəzası verdi
25 Oktyabr 2024
İranda qəddarlığı ilə tanınan hakim Əbülqasım Səlavatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi 12 güneyli milli fəala ümumilikdə 88 il həbs cəzası verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, onların həbsdən sonra iki il müddətinə ictimai və siyasi fəaliyyətlərinə, eləcə də partiyalara üzvlüyünə də qadağa qoyulub.
"Daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq", "dövlət quruluşu əleyhinə təbliğat aparmaq" və "casusluq"da günahlandırılan Bağır Hacızadə 13 il, Ayaz Seyfxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minayi 5 il, Kamal Nuri 3 il və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.