Ankara və İrəvan Gümrü-Kars dəmir yolunun açılmasını müzakirə edəcək
25 Oktyabr 2024
Ermənistan və Türkiyə nümayəndələri Gümrü-Kars dəmir yolunun işinin bərpası şərtlərini müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər. Bu barədə "Azadlıq" radiosuna Ermənistan parlamentinin spikeri, Türkiyə ilə danışıqlarda ölkənin xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Xüsusən, söhbət Gümrü-Kars dəmir yolunun keçdiyi Marqara körpüsündən gedir, deyə Rubinyan qeyd edib.
O, nikbinliyini ifadə edərək, Türkiyə tərəfi ilə dialoqun kifayət qədər sürətlə inkişaf etdiyini, yaxın gələcəkdə real nəticələrin olacağını qeyd edib.
"Biz bütün əldə edilmiş razılaşmaların həyata keçiriləcəyini və nizamlanma prosesinin diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə başa çatacağını gözləyirik. Biz bunu elə sabah etməyə hazırıq", deyə Rubinyan bildirib.