Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubl çökür - Moskva birjası dollar və avro ilə ticarəti dayandırdı

Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.

Rusiya mediası xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub. 

“İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır”, - deyə birjanın yaydığı məlumatda qeyd olunub.

Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.  

Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.

Qeyd edək ki, qərardan sonra Rusiya rublunun kəskin ucuzlaşması qeydə alınıb. Artıq banklar dollar və avro alqı-satqısına məhdudiyyət tətbiq ediblər. Dünənə qədər 1 dollar 86-90 rubla satılırdısa, bu gün qiymət xeyli bahalaşıb. Bəzi bankların hətta qiyməti 1 dollara görə 200 rubla qədər qaldırdığı iddia olunur.