Moldovada Avropaya inteqrasiya ilə bağlı referendumun nəticələri təsdiqlənib
26 Oktyabr 2024
Moldova Mərkəzi Seçki Komissiyası Avropaya inteqrasiya üzrə referendumun nəticələrini təsdiqləyib.
Bu barədə TASS məlumat yayıb.
“Alınan və təsdiq edilən nəticələrə görə, referendumda seçicilərin 50,72 faizi iştirak edib ki, bu da onun etibarlı hesab edilməsinə imkan verir”, - MSK qeyd edib.
Bildirilib ki, referendumda seçicilərin 749 719-u müsbət, 739 155-i mənfi rəy verib.