Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müdafiə Nazirliyi yenilənir - Putin nazirin müavinlərini dəyişdi

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Çivileva və Pavel Fradkov isə nazir müavinləri təyin edib.

Bundan əvvəlki sərəncamla Nikolay Pankov, Ruslan Çalikov, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad edilib.

Beləliklə, müavinlərin sayı 12-yə çatıb. Bundan əvvəl nazirlik rəhbərinin 11 müavini olub.