Logo
news content
User
Kateqoriyalar

Xəbər

İddia: Fransa Ermənistanda hərbi baza aça bilər

Ermənistan hökuməti Fransaya müraciət edərək, ölkədə hərbi baza açmağı təklif edib.

Pressklub.az xəbər verir ki, məlumatı bir sıra Telegram kanalları yayıb.

İddiaya görə, Ermənistan Müdafiə Nazirliyi Fransanın İrəvandakı səfirliyi vasitəsilə Makron hökumətinə rəsmi təkliflə müraciət edib. Ermənistan Müdafiə Nazirliyi ölkə ərazisində yerləşdirmək üçün məhdud qoşun kontingentinin hazırlanmasını xahiş edib. Əsas məqsəd kimi isə “Fransa Respublikası tərəfindən verilən silahlara texniki xidmətin təşkili və təcrübənin bölüşdürülməsi” göstərilir.

Hələlik, Ermənistan ərazisində yerləşdirilməsi nəzərdə tutulan hərbi bazanın yeri müəyyən edilməyib.