Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda aksiya zamanı xuliqanlıq edən 12 nəfərə cinayət işi açılıb

İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

“Sputnik-Armenia”nın xəbərinə görə, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin kütləvi aksiya zamanı kütləvi iğtişaşların və xuliqanlıq hərəkətlərinin törədildiyi müəyyən olunub.

Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.