Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa bilər - Paşinyan

İyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını istisna etməyib.

"Üzvləri öz öhdəliklərini yerinə yetirmək əvəzinə Azərbaycanla birlikdə bizə qarşı müharibə planlaşdıran müttəfiq sabun köpüyü. Lazım gəlsə, çıxacağıq, bizi bununla qorxutmaq istəyirlər? Düz edirik, oradan nə vaxt çıxacağımıza biz qərar verəcəyik", - Paşinyan Ermənistanın Rusiyadan uzaqlaşması ilə bağlı müxalifətyönlü deputatların ittihamlarına cavab verərkən deyib.