Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: İspaniya və İtaliya növbəti mərhələdə

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin B qrupunda III turun oyunları görüşü başa çatıb.

Albaniya - İspaniya qarşılaşması ispanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.

Xorvatiya - İtaliya görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

1

İspaniya

3

3

0

0

5-0

9

2

İtaliya

3

1

1

1

3-3

4

3

Xorvatiya

3

0

2

1

3-6

2

4

Albaniya

3

0

1

2

3-5

1