Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: İspaniya 1/8 finalda

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.

"Report" xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupunda xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.

1

İspaniya

2

2

0

0

4-0

6

2

İtaliya

2

1

0

1

2-2

3

3

Albaniya

2

0

1

1

3-4

1

4

Xorvatiya

2

0

1

1

2-5

1