Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: Fransa çətin qələbə ilə başladı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.

Fransa millisi Avstriya ilə üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.