Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: Bütün komandalar 4 xal topladı - Rumıniya və Belçika növbəti mərhələdə

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun E qrupunun oyunları baş tutub. 

“Frankfurt Arena”dakı Slovakiya - Rumıniya görüşü heç-heçə yekunlaşıb - 1:1.

24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.

Ştutqartdakl "MHP Arena"da keçirilən Ukrayna - Belçika görüşündə isə hesab açılmayıb 

Maraqlıdır ki, qrupda bütün dörd komanda 4 xal toplayıb. Lakin fərdi göstəricilər səbəbindən Rumıniya qrupda birinci, Belçika isə ikinci olub.

1

Rumıniya

3

1

1

1

4-3

4

2

Belçika

3

1

1

1

2-1

4

3

Slovakiya

3

1

1

1

3-3

4

4

Ukrayna

3

1

1

1

2-4

4

21:10