Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanı Qriqori Qalaqan vəzifəsindən azad olunub.

Qeyd olunur ki, bundan sonra bu vəzifəni Viktor Xorenko icra edəcək.

V. Xorenko indiyədək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi ehtiyatlar qrupuna rəhbərlik edib.

Qalaqan 2020-ci ilin avqustunda Xüsusi Əməliyyat Qüvvələrinin komandiri təyin edilib.

Ukrayna Prezident Ofisi Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanının vəzifədən uzaqlaşdırılması xəbərini hələlik şərh etməyib.