XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq
23 Sentyabr 2026
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanat yayıb.
XİN məlumat verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.
"Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımırıq", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, Cənubi Osetiyada qondarma "prezident seçkiləri" 18 sentyabr 2026-cı ildə keçirilib.