Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib - YENİLƏNİB

Xarkov vilayətində beş Ukrayna hərbçisinin öldürülməsi ilə bağlı hadisənin yeni təfərrüatları məlum olub.

Ukraynanın “2day.kh.ua” nəşrinin məlumatına görə, 5 ukraynalı hərbiçinin öldürülməsində şübhəli bilinən rusiyalı hərbi əsirin hadisə yerindən qaçdığı və hazırda axtarıldığı bildirilir.

Onun Dnepropetrovsk vilayətinin Samar şəhəri istiqamətində hərəkət edə biləcəyi ehtimal olunur.

Ukrayna hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.

***

Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.

Bu barədə “Glavkom” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib. Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.