Polşa Rusiyaya nota verdi
25 Noyabr 2026
Rusiyanın Polşadakı səfiri Georgi Mixno Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
Buna səbəb hakimiyyət orqanlarının ölkənin hava məkanının pozulması ilə bağlı irəli sürdüyü ittihamlar olub.
Diplomata etiraz notası təqdim edilib, lakin o, heç bir inandırıcı və ya yoxlanıla bilən sübutun olmadığını əsas gətirərək bütün iddiaları rədd edib.